SON DƏQİQƏ
» » Vaxtınızı mənasız şeylərə sərf etməyin! – Millət vəkili

Vaxtınızı mənasız şeylərə sərf etməyin! – Millət vəkili

Tarix:

7-09-2019, 16:41

/ 1 871 dəfə oxundu.
Vaxtınızı mənasız şeylərə sərf etməyin! – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşüb və ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

GunAz.az xəbər verir ki, millət vəkili görüş zamanı gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə səsləyib:

“Gənclər zamanlarının böyük bir hissəsini sosial şəbəkələrdə çox vaxt lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu, hamımızı ciddi narahat etməlidir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Q.Paşayeva şagirdlərin yaxşı təhsil almasının, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlasının vacibliyini vurğulayıb. Millət vəkili gəncləri daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları ilə bağlı geniş məlumatlar verib və gənclərə zamanlarını mənasız işlərə ayırmamağı tövsiyə edib. Gəncləri maraqlandıran sualları da cavablandıran millət vəkili onlara Azərbaycan tarixini özündə əks etdirən kitablar hədiyyə edib.

скачать dle 12.1

Şərhlər