SON DƏQİQƏ

İnkişafın yolu bundan keçir - Millət vəkili

Tarix:

10-05-2019, 16:10

/ 245 dəfə oxundu.
İnkişafın yolu bundan keçir - Millət vəkili

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2 illiyinə həsr olunan 2-ci kitab festivalında iştirak edib.

Kult.az xəbər verir ki, festivalda çıxış edən millət vəkili ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hər zaman təhsilli, savadlı, mütaliəyə, kitaba meyilli olmasını istədiyini deyib. O, kitab festivalının məhz ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasını təqdirəlayiq hesab edib.

Millət vəkili valideynləri və müəllimləri gənclərin kitaba meyilliliyinin artması istiqamətində fəal olmağa çağırıb:

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meyilindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa marağın artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.

Qənirə Paşayeva “Azərkitab-Kitab Təbliğatı” Mərkəzini fəaliyyətə başlamasının 2-ci illiyi münasibətilə təbrik edib, bu kimi tədbirlərin davamlı keçirilməsinin vacib olduğunu deyib.

Tədbir çərçivəsində Q.Paşayevanın müəllifi olduğu kitabların imza mərasimi də keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ