SON DƏQİQƏ

43 məktəb istifadəyə veriləcək - Nazirlik

Tarix:

3-09-2019, 14:19

/ 233 dəfə oxundu.
43 məktəb istifadəyə veriləcək - Nazirlik

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Təhsil Nazirliyindən GunAz.az-a verilən məlumata görə, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yeri olan 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ