SON DƏQİQƏ

Şəhidimiz anıldı

Tarix:

8-08-2019, 17:30

/ 1 081 dəfə oxundu.
Şəhidimiz anıldı

07 avqust Azərbaycanın Milli Qəhrəmanı Şəhid  Ələkbər  Həsən oğlu Əliyevin anım günüdür.

 Azərbaycanın vətənpərvər oğul və qızlari ilə  birlikdə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək şəhid qəhrəmanımızın anım günündə cəmi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Anma mərasimində igid eloğlumuzun ömur gün yoldaşı, oğul və qizları , nəvələri,  bacı və qardaşları , ictimai birliklərin fəalları Qarabağ qaziləri və geniş ictimaiyyətin nümayəndələri iştirak etdilər. 
Əslən Zəngəzur mahalının Qubadlı elində dünyaya gəlmiş şəhid Ələkbər Əliyev işğalçı erməni quldurlarına qarşı doyüşdə şücaət göstərmiş, və   ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərək  1992- ci ildə şəhid olmuşdur. 
Tədbirdin təşkilatçıları Elnurə və Aygün İsgəndərova bacıları , Fred Asif Fondunun rəhbəri Qarabağ qazisi , dörd qardaşla birlikdə Qarabağın müdafiə olunmasında vuruşaraq iki qardaşı  əlil olmuş və bir qardaşı  şəhid olaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq gorülmuş ( Asif Məhərrəmovun qardaşı ) , Ədalət Məhərrəmov , şəhidin silahdaşları  vətənpərvər ruhlu çıxışlar etmişlər.  
Sonra 1920-ci illərdə Bakıya hucum edən erməni  quldurlarından  paytaxtımıızı azad edərkən şəhid olmuş  qəhrəman Türk  əsgərlərinin xatirəsinə ucaldılmış abidə önündə xatirə şəkili cəkdirdik, cəmi şəhidlərimizin ruhlarına dualar oxundu: 
Şəhidlər ölməzdir, vətən bölünməz, 
Şəhidlər ən yüksək zirvələrdədir, 
Duyğusu olmayan bu hissi duymaz, 
Şəhidlər əlçatmaz zirvələrdədir.

Rauf İlyasoğlu

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ