SON DƏQİQƏ

Qarayaraya yoluxan xəstə ilə bağlı – Xəbər

Tarix:

7-08-2019, 10:28

/ 1 299 dəfə oxundu.
Qarayaraya yoluxan xəstə ilə bağlı – Xəbər

Sabirabadda qarayaraya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.

Qeyd edək ki, Sabirabadda iki nəfər qarayaraya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.

Qarayara xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, xəstəlik insandan insana keçmir. 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. İniyədək yalnız bir nəfər qarayara xəstəliyindən dünyasını dəyişib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ