SON DƏQİQƏ
» » ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib

ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib

Tarix:

19-02-2019, 08:35

/ 10 585 dəfə oxundu.
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancının Trend-ə müsahibəsi

- Bu il fevralın 1-də ÜST Azərbaycanda 16 nəfərdə A(H1N1) virusunun aşkarlandığını açıqladı. Azərbaycanda A(H1N1) virusuna yeni yoluxma halları qeydə alınıbmı?

- Qış mövsümü hələ davam etdiyi üçün qripə yoluxmaların olması gözləniləndir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir. Simptomları olan insanların bir qismindən alınan qan nümunələrində qrip virusunun olub-olmamasına baxılır və bu barədə hər həftə "Flunet"ə (qriplə bağlı vəziyyəti müşahidə edən qlobal sistem) məlumat ötürülür. Bu məlumatlar www.who.int/flunet ünvanından əldə edilə bilər. Azərbaycanda bu ilin 4 və 5-ci həftələrində 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib. Bu, gözləniləndən artıq deyil.

- ÜST Azərbaycanda qızılcaya yoluxma hallarının gözləniləndən daha artıq müşahidə edildiyini bəyan edib. Hazırda qızılcaya yoluxma vəziyyəti necədir, artım müşahidə edilirmi?

- Qızılca xəstəliyi hazırda bütün dünyada və Avropada müşahidə edilir. Azərbaycanda 2013-cü ildən 2018-ci ilin noyabrınadək olan müddətdə heç bir şəxsdə qızılca aşkarlanmayıb. Ancaq 2018-ci ilin noyabr ayından etibarən insanlarda, xüsusilə yaşı 20-40 arası olan şəxslərdə qızılca xəstəliyi müşahidə edilir.

- Artımın qarşısının alınması üçün qızılca əleyhinə vaksinasiya barədə ÜST-nin çağırışından sonra peyvənd olunanların sayı artıb?

- Azərbaycanda bütün peyvəndlərin, o cümlədən qızılcaya qarşı peyvəndin edilmə faizləri çox yüksəkdir və ÜST tərəfindən tövsiyə edilən həddədir. Səhiyyə işçiləri vaksinasiyadan imtina edənlərin peyvəndə cəlb edilməsi ilə məşğul olurlar.

- Azərbaycanda suçiçəyinə yoluxma sayında artım müşahidə edilir?

- Azərbaycanda hələ ki suçiçəyinə yoluxma ilə bağlı artım qeydə alınmayıb.

- Azərbaycanda suçiçəyi idarəolunmayan xəstəliklər qrupuna aid olmadığı üçün uşaqlar ona qarşı peyvənd edilmirlər. Sizcə, Azərbaycanda uşaqlar bu xəstəlik əleyhinə məcburi qaydada peyvənd edilməlidirlər?

- ÜST-nin bununla bağlı tövsiyəsi odur ki, xəstəliklə əlaqədar hər bir ölkə öz epidemioloji durumuna görə qərar versin. Suçiçəyi xəstəliyinə yoluxma sayı qızılcadan daha azdır. Xəstəlik ümumilikdə kiçik yaşlı uşaqlar arasında az sayda müşahidə edilir.

- Azərbaycanda koksaki virusunun yayılması barədə məlumatlar səslənir. Bu nə dərəcədə doğrudur?

- Bu barədə bizə hər hansı məlumat verilməyib.

скачать dle 12.1

Şərhlər