SON DƏQİQƏ
» » DİN-dən dəhşətli qəza ilə bağlı – Açıqlama

DİN-dən dəhşətli qəza ilə bağlı – Açıqlama

Tarix:

3-08-2019, 13:33

/ 1 316 dəfə oxundu.
DİN-dən dəhşətli qəza ilə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyini Bakıda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən GunAz.az-a verilən məlumatına görə, avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abbasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib, yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daevo” markalı avtobusla toqquşub.

Nəticədə Ə.Abbasov hadisə yerində ölüb. E.Xasıyevin 2 sərnişini xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ