SON DƏQİQƏ
» » Bakı hərbi əməliyyata başlasa… – Voronenkodan fərqli baxış

Bakı hərbi əməliyyata başlasa… – Voronenkodan fərqli baxış

Tarix:

25-07-2019, 09:23

/ 1 264 dəfə oxundu.
Bakı hərbi əməliyyata başlasa… – Voronenkodan fərqli baxış

Bu gün Yaxın Şərqdə və Mərkəzi Asiyada siyasi dəyişikliklərin aktiv fazası müşahidə olunur. Məsələn, əvvəllər Cənubi Qafqaza ən böyük təsiri Rusiya göstərirdisə, artıq bu gün Türkiyə hesablaşmalı olduğumuz bir gücə çevrilir. Ərdoğanın dünya səhnəsində artan nüfuzu onun ölkəsininin regional supergüc adlandırılmasına imkan verir.

Bu sözləri GunAz.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib.

Onun sözlərinə görə, sözügedən fakt bu ilin sonuna qədər işğal altındakı rayonların bir hissəsinin azad edilməsi məsələsində Azərbaycanın aktivinə yazılır.

“Bakı minimal qüvvə sərf etməklə (Azərbaycan Respublikasının Silahlı Qüvvələri nəzərdə tutulur – red.) antiterror əməliyyatları başlaya və artıq bu ilin sonuna qədər bir neçə rayonu azad edə bilər. Bu gün Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycanın güclü ordusu ilə hətta bir neçə saat başa-baş döyüşmək iqtidarında deyil. İrəvanın isə Moskvadan kömək gözləməyinə dəyməz. Onsuz da Kreml hazırkı Ermənistan hakimiyyətinin anlaşılmaz mövqeyindən bezib. Burada isə üstəlik Türkiyə də Azərbaycanın tərəfindədir. Təbii ki, Paşinyana heç kim kömək edə bilməyəcək. Bütün dünya Bakının tərəfini tutacaq. Çünki burada söhbət Qarabağda müharibədən deyil, heç bir beynəlxalq hüquq normalarına zidd olmayan antiterror əməliyyatlarından gedir”, - ekspert bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ