SON DƏQİQƏ
» » Daha bir qonşu ölkə Ermənistandan imtina edir - Politoloq

Daha bir qonşu ölkə Ermənistandan imtina edir - Politoloq

Tarix:

17-08-2018, 10:43

/ 10 322 dəfə oxundu.
Daha bir qonşu ölkə Ermənistandan imtina edir - Politoloq

Ermənistan yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, Ermənistanın indiki vəziyyətdə regionda işğalçılıq siyasətini çox davam etdirə bilməyəcəyini düşünür:

“Ermənistan getdikcə özü özünü zəiflədir. Bu da onun siyasətinin çox yarıtmaz, qeyri-adekvat olmasından irəli gəlir. Çünki bu ölkə artıq özünü böyük əməkdaşlıq planlarından təcrid edib. İşğalçı dövlət bununla da oyundankənar vəziyyətdə qalaraq, onsuz da ağır olan durumunu bir qədər də dərinləşdirib. Ermənistanın funksiyası təhlükə, təhdid və risklər istehsal etməkdən ibarətdir. Ona görə də heç bir normal dövlət belə məmləkətlə münasibət qurmağa cəhd göstərməz. Belə bir vəziyyətdə qonşu dövlətlərin Ermənistanla xüsusi mübarizə aparmasına ehtiyac yoxdur. Bu gün Azərbaycan, Türkiyə, hətta Rusiya və İranın Ermənistana əl uzatmaması işğalçıya qarşı ən yaxşı mübarizə üsuludur. Bir az obrazlı desək, Ermənistan dənizdə batan bir subyektə bənzəyir və yeritdiyi siyasətə görə risklər generatorunu xatırladır. Azərbaycan və digər qonşu ölkələr isə regional və beynəlxalq imtiyazların generatoru rolunu oynayırlar”.

Politoloq hesab edir ki, İran da artıq Ermənistandan uzaqlaşmağa başlayacaq:

“Ermənistanın qərbmeyilli siyasəti İrana heç cür sərf etmir. Digər tərəfdən bu siyasətin fonunda Paşinyan və onun ətrafının Rusiyadan uzaqlaşmaqla və rus bazasını Ermənistandan xaric etməklə NATO qüvvələrinin, Qərb dövlətlərinin hərbi siyasi qüvvələrini ölkəyə gətirməsi istisna edilmir. Belə olan halda Tehran bu vəziyyətlə nəinki razılaşmayacaq, həm də buna maneçilik törədəcək, sədlər qoyacaq. Bu baxımdan Türkiyə, İran və Rusiyada da artıq bilirlər ki, Ermənistan bir subyekt kimi özü özünə nəyi ehtiva edir. Buna görə də sözügedən dövlətlər Ermənistanın dağıdıcı potensialını getdikcə minimallaşdıracaqlar. Zənnimcə, bu reallıq fonunda Ermənistanın Azərbaycan, Gürcüstan, Türkiyə və İrana qarşı ərazi iddiaları və “Böyük Ermənistan” xülyası öz-özünə boğulacaq. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün ilk növbədə bir dövlət kimi özünü xilas etməlidir. Bu isə indiki zamanda tamamilə mümkünsüz görünür”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ