SON DƏQİQƏ

Ağdamlı günlərə qayıdaq, Allah !

Tarix:

23-07-2019, 08:00

/ 1 691 dəfə oxundu.
Ağdamlı günlərə qayıdaq, Allah !

 

Azərbaycan radiosunun" Vətən yaşasın "   verilişinin müəllifi və aparıcısı, tanınmış telejurnalist , yazıçı Ötərxan  Eltac məni hazırladığı vətənpərvər ruhlu verilişinə dəvət etmişdi.
Cənnət güşəmiz olan  Ağdamın  erməni quldurları tərəfindən işğal olunmasının 26-cı il dönümü ərəfəsində təşkil olunmuş bu verilişdə dinləyicilərimizlə  fikirlərimizi bölüşdük. Ağdamın qoluzorlu, igid oğullarını xatırladım , xəyalən doğulduğum diyarı gəzib dolaşdım. Tez-tez yuxuma girən Ağdamdakı küçələrimizi, İmarətimizi, Qarağacı qəbirstanlığımızı, Şəhidlər Xiyabanımızı,  yandırılmış Çörək muzeyini göz önümdən keçirsəm də,  şəhidlərimizin məğrur gözlərinə baxa bilmədim.Mərd ,qorxmaz, cəsur şəhidlərimizin keçdiyi şərəfli ömür yolundan iftixarla danışsaq da onların narahat ruhu qarşısında hər birimiz günahkarıq. Biz günahımızı yumaq üçün Qarabağımıza sahib çıxmalıyıq. Tək əldən səs çıxmaz. Biz yumruq kimi birləşməliyik. 
Gorün Ağdam nə günə qalıb? 
Dağıdılmış, yandırılmış evlərə ,xiyabanlara baxarkən dəhşətə gəlirdim.Ağdamda bir daş daş üstə qalmamışdı. Ən yırtıcı heyvan belə bu cür  qəddarlıq edə bilməzdi. 7 minə yaxın şəhid verən Agdamım,nə haldaydı ,İlahi! 
Atəşkəs olan dövrdən indiyə qədər 7 min şəhidimizin sayından 7 dəfədən də çox Agdam həsrətinə dözməyərək qəriblikdə dünyasını dəyişən ağdamlılar, el- obasından didərgin düşmüş valideynlərimin arzusuydu Ağdama qayıtmaq. Amma onlar da dözə bilmədilər bu iztiraba, bu haqsızlığa .  Ürəyimin cırpıntısını hiss edirdim...
Verilişimiz başa çatır, çox sağ olun maraqlı çıxışınıza görə.Agdamda görüşmək ümidiylə - deyən teleradio jurnalisti Ötərxan Eltac sanki məni Agdama, Şuşaya, Laçına ,Qubadlıya, Kəlbəcərə aparırdı. Ötərxan qardaşımızın gözlərində Laçın həsrətini duyuram. Sohbətimiz o qədər canlı alınmışdı ki, elə bilirdim ki,ikimiz də o doğma yurdumuza səyahət edirdik.Hərdən də köhnə xatirələrim yada düşür, gənclik illərimə qayıdırdım. 
Onu da qeyd edim ki, bir necə dəfə bu studiyanın,cəfakeş ,vətənpərvər teleradio jurnalistlərinin  qonağı olmuşam. Dostlara təşəkkür edib sagollaşıram. 
Fikir ,xəyalla evə qayıdarkən vaxtilə yazdığım və "Könül duygularım" kitabımda çap olunmuş "Agdamlı günlərə qayıdaq, Allah," adlı  bir şeirim yadıma düşür :

Arzular insanın qəlbində doğar, 
Yatan millətimi oyadaq ,Allah. 
Arzular insanın dərdin də boğar, 
Ağdamlı günlərə qayıdaq, Allah.

Xəyalımla danışıram hər gecə, 
Sözlü sirdaşımı salma dilimdən, 
Uşaqlıq çağımı necə unudum? 
Allah! Yaddaşımı alma əlimdən.

Bütün gözəlliyi sevirəm inan, 
Rəbbim yaradıbdır bu düzənliyi, 
Şeirə, qəzələ vurgundur yanan, 
Duygusuz hiss duymaz bu gözəlliyi.

Məni öz elimə ruhum çağırır, 
O digma yurdumla nəfəs alıram. 
Dən düşmüş saçlarım vaxtsız ağarır, 
Gənclik illərimi yada salıram.

Günahım olarsa, soyub asdırın, 
Yurdumda bayquşlar, bu nə kələkdir? 
Məni öz elimdə yuyub basdırın, 
Vətənin torpağı mənə gərəkdir.

Yazmaqdan yorulmaz əlim, biləyim, 
Halaldır qazancım,  çayım ,çörəyim, 
Rəbbimlə döyünən qəlbim, ürəyim, 
Qalmışam vətənsiz, sınıb dirəyim.

Şeirimi yoğurub  necə yaparam, 
Torpagımdan hər an qüvvət alaram. 
Ağdama qovuşsam, nicat taparam, 
Günümü yuxusuz günə qataram.

Şərikəm xalqımın dərd azarına, 
Ordum zəfər çalsın, dözüm, ay Allah! 
Atamın uyuyan tək məzarına, 
Bir dəstə gül - çiçək düzüm, ay Allah!

Bahar nəgməsini duymaq istəyən,
Alsın gül ətrimi ətirli güldən.
Raufu axtarsa əgər dostları, 
Onu xəbər alsın nəğməli dildən.

Rauf İlyasoğlu .

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ