SON DƏQİQƏ

Ukraynada dörd azərbaycanlı saxlanıldı

Tarix:

22-07-2019, 23:09

/ 985 dəfə oxundu.
Ukraynada dörd azərbaycanlı saxlanıldı

Ukrayna sərhədçiləri ölkəyə giriş etmək istəyən dörd nəfər Azərbaycan vətəndaşını saxlayıb.

“Znaj.ua” saytı xəbər verir ki, hadisə Xarkovda “Qoptovka” sərhəd-keçid məntəqəsində olub.

Sərhədçilər məntəqəni piyada keçməyə çalışan azərbaycanlıların sənədləri düz olsa da, onların üzərlərində yetəri qədər pul olmadığı üçün ölkəyə buraxmamaq qərarına gəliblər.

Sayt iddia edir ki, həmyerlilərimizin Ukraynada yaşayan dostu hadisə yerinə gələrək, onların ölkəyə buraxılması qarşılığında sərhədçilərə 50 ABŞ dolları miqdarında rüşvət təklif edib.

Pulu götürməyən hüquq-mühafizə orqanları onların hamısını polisə təhvil verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ