SON DƏQİQƏ
» » Azərbaycanlı Türkiyədə qarət olundu- 4 NƏFƏR SAXLANILDI

Azərbaycanlı Türkiyədə qarət olundu- 4 NƏFƏR SAXLANILDI

Tarix:

3-01-2019, 10:44

/ 10 284 dəfə oxundu.
Azərbaycanlı Türkiyədə qarət olundu- 4 NƏFƏR SAXLANILDI

Yunanıstana keçmək üçün Türkiyənin İspala sərhəd-keçid məntəqəsində növbə gözləyən azərbaycanlı TIR sürücüsü E.N. qarət edilib. 

GunAz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dörd nəfər TIR-ın sürücü kabinəsinə hücum edib. 

Hücum zamanı oğrular azərbaycanlıya silahla hədə-qorxu gələrək, üzərindəki pulu və mobil telefonu götürüblər. 

Hadisədən sonra E.N. polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə şübhəli bilinən dörd Türkiyə vətəndaşını yaxalayıb. 

Onların üzərinə baxış zamanı bir ədəd tapança, bir ədəd ov tüfəngi, sursatlar və 12 mobil telefon aşkarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ