SON DƏQİQƏ
» » Aqrar Universitetin yeni korpusu nə vaxt hazır olacaq? - Açıqlama

Aqrar Universitetin yeni korpusu nə vaxt hazır olacaq? - Açıqlama

Tarix:

13-07-2019, 12:49

/ 1 878 dəfə oxundu.
Aqrar Universitetin yeni korpusu nə vaxt hazır olacaq? - Açıqlama

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonunadək təhvil veriləcək.

GunAz.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil eydiyi media-turda universitetin rektoru İbrahim Cəfərov deyib. O bildirib ki, ötən il korpusunun tikintisinə 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb:

"Ümumilikdə son 3 ildə universitetin maddi texniki bazasının güclənməsi üçün 50 milyon manatdan çox dövlət vəsaiti ayrılıb. Bu müddət ərzində, universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına təxminən 15 milyon manat vəsait yatırılıb".

Rektor onu da bildirib ki, universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

“Hazırda Avropada abituriyent peşə məktəbini əla qiymətlərlə bitirdikdə, seçdiyi ixtisas üzrə kollecə imtahansız daxil olur. Kolleci əla qiymətlərlə bitirdikdə də, o, universitetə qəbul ola bilir. Bunları yaratmaq üçün bu il peşə məktəbi istifadəyə veriləcək. Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazımı olan avadanlığın alınmasına sərf ediləcək", - rektor bildirib.

İ.Cəfərovun sözlərinə görə, sentyabrınn15-də molekulyar biologiya mərkəzi də tikilib istifadəyə veriləcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ