SON DƏQİQƏ
» » Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb

Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb

Tarix:

1-07-2019, 20:35

/ 1 256 dəfə oxundu.
Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb

Qəbələdə avtomobil yolunun tikintisinə 12,7 milyon manat ayrılıb.

GunAz.az xəbər verir ki, Prezident İlham Əliyev “Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ