SON DƏQİQƏ
» » Vergiödəyicisi yaşadığı yeri dəyişdikdə 40 gün müddətində vergi orqanına müraciət etməlidir

Vergiödəyicisi yaşadığı yeri dəyişdikdə 40 gün müddətində vergi orqanına müraciət etməlidir

Tarix:

20-06-2019, 21:14

/ 1 956 dəfə oxundu.
Vergiödəyicisi yaşadığı yeri dəyişdikdə 40 gün müddətində vergi orqanına müraciət etməlidir

Vergiödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən GunAz.az-a bildirilib ki, vergiödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.

Dəyişiklik baş verən gündən 40 gün müddətində uçot məlumatlarında (vergiödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın vergi orqanına təqdim edilməməsinə görə vergiödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergiödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergiödəyicisinin qeydiyyatda olduğu vergi orqanından kənarda olduqda vergiödəyicisi həmin təsərrüfat subyektinin olduğu ünvan üzrə yenidən uçota alınır. Vergiödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda, həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ