SON DƏQİQƏ
» » Azərbaycanlı “Youtuber”lər gəlir vergisi ödəməli olacaq

Azərbaycanlı “Youtuber”lər gəlir vergisi ödəməli olacaq

Tarix:

31-07-2017, 10:02

/ 1 193 dəfə oxundu.
Azərbaycanlı “Youtuber”lər gəlir vergisi ödəməli olacaq

"Youtube.com”dan gəlir əldə edənlər sahibkarlıq subyekti sayılırlarmı və onlar vergi ödəməlidirlərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən mənbənin sualına cavab olaraq bildirilib ki, rezident vergi ödəyicisinin "Youtube” videohostinqi vasitəsilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir. Belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.
Vergi uçotuna alınma isə kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir.
Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.(Azərtac)

Gunaz.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ