SON DƏQİQƏ
» » Müəllimlərin maaşı bu qədər artdı – Siyahı

Müəllimlərin maaşı bu qədər artdı – Siyahı

Tarix:

19-06-2019, 14:52

/ 1 925 dəfə oxundu.
Müəllimlərin maaşı bu qədər artdı – Siyahı

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev ötən gün minumum əmək haqlarının və müxtəlif sahədə çalışan şəxslərin aylıq maaşlarının artırılmasıyla bağlı 15 sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov sosial media hesabında bu sərəncamdan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının nə qədər artması barədə məlumat yayıb.

O bildirib ki, senyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan sərəncama əsasən müəllimlərin maaşı aşağıdakı kimi olacaq:

- Pedaqoji staj 3 ilə qədər olduqda - bir stavka dərs yükü (18 saat) 77 manat artaraq, 462 manata (əvvəl 385 manat) qalxacaq;

- Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 83 manat artaraq, 496 manata (əvvəl 413 manat) qalxacaq;

- Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 87 manat artaraq, 522 manata (əvvəl 435 manat) qalxacaq;

- Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 93 manat artaraq, 555 manata (əvvəl 462 manat) qalxacaq;

- Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) 99 manat artaraq 594 manata (əvvəl 495 manat) qalxacaq.

Ekspert onu da bildirib ki, bu sərəncamla ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinin maaşına isə 45 manat əlavə olunur:

“Bundan başqa, elmlər doktorunun maaşına 100, fəlsəfə doktorunun maaşına 60, “əməkdar” fəxri adına layiq görülənlərin maaşına 100, “xalq” fəxri adına layiq görülənlərin maaşına isə 150 manat əlavə nəzərdə tutulur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ