SON DƏQİQƏ
» » Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı - QƏRAR

Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı - QƏRAR

Tarix:

11-04-2019, 10:06

/ 10 235 dəfə oxundu.
Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı - QƏRAR

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

Belə ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manatdan 587 manata qaldırılıb. 

Direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Qeyd edək ki, direktor müavinlərinin aylıq maaşı 482 manat olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ