SON DƏQİQƏ
» »  Kommunistlərdən tələb: "Çernobıl"ı qadağan edin!

 Kommunistlərdən tələb: "Çernobıl"ı qadağan edin!

Tarix:

13-06-2019, 19:32

/ 1 974 dəfə oxundu.
 Kommunistlərdən tələb: "Çernobıl"ı qadağan edin!

Rusiya Kommunist Partiyası (RKP) HBO teleşirkətlər qrupunun “Çernobıl” adlı teleserialına yayım məhdudiyyətinin tətbiqi ilə bağlı Roskomnadzora müraciət ünvanlayıb.

GunAz.az xəbər verir ki, RKP İdarə Heyətinin sədri Sergey Malinkoviç sözügedən serialın bütün mənbələrdə qadağan olunmasını istəyib.

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciətin edildiyini deyib.

Qeyd edək ki, “Çernobıl” teleserialı son zamanlar dünyada olduqca böyük izləyici kütləsi toplayıb. Serial 1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında, Çernobıl Atom Elektrik Stansiyasının nüvə reaktorlarından birində baş verən dəhşətli partlayışdan, onun radioaktiv fəsadlarından, SSRİ dövrünün yarıtmaz idarəçiliyindən bəhs edir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ