SON DƏQİQƏ
» » BMqT Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair seminar keçirib

BMqT Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair seminar keçirib

Tarix:

11-06-2019, 18:01

/ 1 899 dəfə oxundu.
BMqT Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair seminar keçirib

BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi 11-12 iyun 2019-cu il tarixlərində Azərbaycan dövlət qurumlarının, özəl sektor nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə Əmək miqrasiyası idarəçiliyinə və əməkçi miqrantların müdafiəsinə dair iki günlük seminar keçirdi.

GunAz.az xəbər verir ki, tədbir Azərbaycan hökuməti ilə əməkdaşlıqda ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsi çərçivəsində həyata keçirilir.

Seminarın açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi cənab Villiam Solley, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Vladimir Qiorqiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sektor müdiri Fuad Cabbarov çıxış etdilər.

Seminar beynəlxalq və yerli iştirakçılara, bu sahədə fəaliyyət göstərən Azərbaycan Respublikasının dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə əmək miqrasiyası idarəçiliyi və əməkçi miqrantların müdafiəsi sahəsində biliklərini müzakirələr və təcrübə mübadiləsi yolu ilə genişləndirmək imkanı verib.

Seminarda müzakirə olunan mövzular arasında əmək miqrasiyası siyasəti və proqramlarının hazırlanmasında hökumət, özəl sektor və işəgötürənlərin maraqları, prioritetləri və problemləri; Həmkarlar ittifaqlarının əməkçi miqrantların hüquqlarının qorunmasında rolu; Köləliyin və insan alverinin ləğvi sahəsində korporativ məsuliyyət; İşçilər üçün şikayətlərə baxılma mexanizmlərini təkmilləşdirilməsi yolları; İşədüzəltmə prosesində risklərin və problemlərin aradan qaldırılması və sair mövzular var idi.

“Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI Faza” layihəsinin məqsədi Azərbaycan hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə dəstəkləmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarətdir. Layihə, həməçinin miqrantları hüquqları haqda məlumatlandırmaqla və istismara uğramamaq üçün görə biləcəkləri tədbirlərlə tanış etməklə insan alverinə qarşı beynəlxalq təşəbbüslərə dəstək verir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ