SON DƏQİQƏ
» » Hapal millimizlə matçdan danışdı: Qələbə üçün gəlmişik

Hapal millimizlə matçdan danışdı: Qələbə üçün gəlmişik

Tarix:

10-06-2019, 19:54

/ 1 887 dəfə oxundu.
Hapal millimizlə matçdan danışdı: Qələbə üçün gəlmişik

Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik.

Report xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".

Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-də saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ