Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununa çıxıb.
GunAz.az-ın məlumatına görə, komandamız “Bakcell Arena”da Litva yığmasını qəbul edib.
Azərbaycan millisinin üstünlüyü ilə keçən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Xatırladaq ki, bundan əvvəl, martın 21-də Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzub.
Komandamızın heyətində yeganə qolu matçın 19-cu dəqiqəsində Ramil Şeydayev vurmuşdu.
E qrupunda yer alan millimiz növbəti iki oyununu evdə keçirəcək. Yığma komanda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisini qəbul edəcək.