SON DƏQİQƏ
» » Bakı metrosunda sərnişinlər qatardan təxliyyə edildi

Bakı metrosunda sərnişinlər qatardan təxliyyə edildi

Tarix:

10-06-2019, 20:38

/ 1 921 dəfə oxundu.
Bakı metrosunda sərnişinlər qatardan təxliyyə edildi

Bu gün axşam saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun GunAz.az-a verdiyi məlumata  görə, əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya spesifik qoxu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ