SON DƏQİQƏ

Bakı metrosunda HƏYƏCAN

Tarix:

4-02-2019, 11:11

/ 10 302 dəfə oxundu.
Bakı metrosunda HƏYƏCAN

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

GunAz.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatarda problem yaranıb. Qatar “28 may” stansiyasında olarkən vaqonlardan birinin qapıları bağlanmayıb. Nəticədə qatardakı sərnişinlər düşürdülüb. Hadisə barədə ətraflı məlumat almaq üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə dünən saat 14:44-də baş verib. “Dünən “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən 14 saylı qatar “28 may” stansiyasında olarkən vaqonlardan birinin qapısında nasazlıq olub. Nəticədə qapı bağlanmayıb.

Təlimata uyğun olaraq maşinist qapıya baxıb və qərar verib ki, bu hal təhlükəlidir və qatardakı sərnişinlər düşürdülüb. Qatar depoya göndərilib. Hadisə zamanı qrafikdə pozuntu olmayıb. Sadəcə arxadakı qatar 1-2 dəqiqə yubanıb”, – deyə B.Məmmədov bildirib. Baku.w

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ