Bakı metrosunda sərnişinlər qatardan təxliyyə edildi
Bu gün axşam saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun GunAz.az-a verdiyi məlumata görə, əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya spesifik qoxu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb.