SON DƏQİQƏ
» » Gənclər azərbaycançılıq və vətənpərvərlik mövzularında kifayət qədər maarifləndirilir

Gənclər azərbaycançılıq və vətənpərvərlik mövzularında kifayət qədər maarifləndirilir

Tarix:

10-06-2019, 12:57

/ 1 079 dəfə oxundu.
Gənclər azərbaycançılıq və vətənpərvərlik mövzularında kifayət qədər maarifləndirilir

Çingiz Bayramov: "Gənclərimiz azərbaycançılıq ideologiyasını tam məınimsəyir, bu ideologiyaya sadiqlik nümayiş etdirir, həmin ideologiya əsasında vətənpərvər, millətçi, dövlətçi böyüyürlər"

Hər bir dövlət, cəmiyyət, siyasi partiya və qurum bir ideologiya ilə fəaliyyət göstərir. Əvvəlcədən müəyyən edilmiş həmin ideologiya dövlətin, cəmiyyətin, siyasi partiya və qurumun fəaliyyət istqamətlərini müəyyən edir. Yaşadığımız min illik zaman kəsimində bir çox ideologiyalar olub və cəmiyyətlərə, dövlətlərə təsir edə biliblər. Azərbaycan cəmiyyətinə uzun illər, 70 ildən artıq bir müddətdə təsir edən, onu öz əsarəti altında saxlayan ideologiya isə Sovet, kommunizm ideologiyası olub. Bu müddət ərzində yeridilən əsas siyasət xalqı öz milli kimliyindən uzaqlaşdırmaq, onun tarixini, dilini, mədəniyyətini məhv etmək olub.

Ancaq bütün mənfiliklərin, haqsızlıq və ədalətsizliklər kimi Sovet, kommunizm ideologiyası da gec-tez məhvə məhkum olub və 1990-cı illərdə keçmiş ittifaq dövlətlərində baş qaldıran milli azadlıq hərəkatları bu ideologiyanın sonunu yaxınlaşdırıb.

Sovet hakimiyyəti dağılandan və Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladı.

Günümüzdə azərbaycançılıq ideologiyasının təbliği, bu ideologiyanın cəmiyyət arasında geniş yayılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışan Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, azərbaycançılıq ideologiyasının müasir dövrümüzdə təşəkkül tapması, inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür, misilsizdir: "Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqın, millətin bir ideologiya ətrafında birləşməsi zəruri idi. Müstəqilliyin ilk illərində mövcud olan başıpozuqluq, qeyri-müəyyənlik yad, kənar təsirlərin, hətta ideologiyaların belə Azərbaycana sirayət etməsinə səbəb olmuşdu. Ancaq 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həmin mənfi, yad təsirləri tədricən kənarlaşdırmağa nail oldu. Ulu öndərin müasir dövrün tələblərinə uyöun olaraq irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqın. millətin bu ideologiya ətrafında toparlanması, cəmlənməsinə vəsilə oldu". Çingiz Bayramov qeyd edib ki, 2001-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının Birinci Quyrultayı isə azərbaycançılıq ideologiyasının daha da geniş yayılması, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın da bu ideologiya ətrafında birləşməsi, fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyətli bir toplantı oldu:  "Bu gün hər bir ölkə vətəndaşı azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbaycançılıq ideologiyasının əsas üstün cəhətlərindən biri ondan ibarətdir ki, bu ideologiya etnik və milli ayrıseçkiliyə qarşıdır, ifrat millətçiliyi qəbul etmir. Ona görə də ölkəmizdə yaşayan bütün digər xalqların nümayəndələri də azərbaycançılıq ideologiyası ətrafında birləşərək Azərbaycan dövlətində heç bir maneəsiz, qorxusuz yaşayırlar. Eyni zamanda onlar dövlətin, xalqın inkişafına öz töhfələrini verirlər".

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri deyib ki, azərbaycançılıq ideologiyasının günümüzdə geniş yayılıması və xalqın bu ideologiya ətrafında sıx birləşməsinin şərtləndirən mühüm amillərdən biri də onun geniş aspektdə təbliği, bu istiqamətdə səmərəli maarifləndirmə işlərinin aparılmasıdır: "Xüsusilə, qeyri-hpkumıt təşkilatları və ictimai birliklər qeyd etdiyimiz istiqamətdə xüsusi fəallıq göstərir, böyüməkdə olan gənc nəsl arasında səmərəli təbliğat işləri aparırlar. Və onu da qeyd etmək yerinə düşər ki, aparılan təbliğat və maarifləndirmə işləri də öz uğurlu nəticələrini verir. Belə ki, gənclərimiz azərbaycançılıq ideologiyasını tam mənimsəyir, bu ideologiyaya sadiqlik nümayiş etdirir, həmin ideologiya əsasında vətənpərvər, millətçi, dövlətçi böyüyürlər. Çünki azərbaycançı olmaq həm də vətənpərvər olmaq deməkdir. Bu mənada azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması həm də vətənpərvərliyin təbliği deməkdir". Çingiz Bayramov qeyd edib ki,  rəhbəri olduğu Türkiyə Universitetləri Məzunları İctimai Birliyi də bir neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində layihə həyata keçirib və layihə çərçivəsində həm paytaxtda, həm də regionlarda keçirdiyi görüşlərin nəticəsi olaraq belə qənaətə gəlib ki, Azərbaycan gənci sözün əsl mənasında vətənpərvər və azərbaycançıdır: "Ancaq bununla kifayətlənməməli, fəaliyyətimizi qeyd edilən istiqamətlərdə daha da artırmalıyıq. Çünki Azərbaycan dövləti bu gün də müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizi bu gün erməni işğalı altındadır. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi üçünsə təbii ki, bizə azərbaycançı və vətənpərvər gənclər lazımdır.  Düzdür, artıq belə bir gənclər ordusu var. Amma, bütün bunlara baxmayaraq daha çox işləmək, daha çox fəaliyyət göstərmək, daha çox maarifləndirici tədbirlər, layihələr həyata keçirmək lazımdır. Ümumiyyətlə, müharibə şəraitində olub-olmamağımzdan asılı olmayaraq Azərbaycan gənci hər zaman vətənpərvər ruhda tərbiyə almalı, o ruhda böyüməlidir. Düşünürəm ki, bu işdə də bizlərin, cəmiyyətin aparıcı qüvvələrinin vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzərinə çox böyük vəzifə düşür. Qeyri-hökumət təşkilatları bu kimi fəaliyyətləri ilə dövlətə, dövlət gənclər siyasətinə dəstək olmalıdırlar".

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ