SON DƏQİQƏ
» » B İ R L Ə Ş M Ə K , B Ü T Ö V L Ə Ş M Ə K, M İ L L Ə T L Ə Ş M Ə K ! ! !

B İ R L Ə Ş M Ə K , B Ü T Ö V L Ə Ş M Ə K, M İ L L Ə T L Ə Ş M Ə K ! ! !

Tarix:

1-02-2017, 17:16

/ 5 417 dəfə oxundu.
B İ R L Ə Ş M Ə K , B Ü T Ö V L Ə Ş M Ə K, M İ L L Ə T L Ə Ş M Ə K ! ! !


MİLLİ MÜBARİZƏMİZ


Milli – mənəvi dəyərləri, soyad və adını özünə qaytarmaq, milli kimlik, milli mənlik məsələsini həll etmək, XXI əsr dövlət və xalqları arasında özünün milli varlığını sübut etmək və saxlamaq çox zəruri, vacib məsələdir. Bunun əskidən kökü qaynaqlar olmuşdur və vardır.
Milli mənəviyyatı ortaya gətirmək, onun timsalında cəmiyyəti yetişdirmək, sosial, hüquq, vətənpərvərlik anlayışı çərçivəsində vətəndaş yetişdirmək milli dövlət üçün əsas şərtdir.
Milli məsələdə tək bir qrupun, xalqın olması şərt deyil. Müəyyən çərçivədə ayrı-ayrı xalqlar bir dövlət bir ərazi, bir sərhəd daxilində bu işləri qura və birlik nümayiş etdirə bilərlər.
Millət olmaq üçün təbii şəraitə uyğun olan toplumun əxlaq estetik, siyasi düşüncəsi, bir-birini anlayacaq ortaq dil və digər eyni və ya oxşar olan cəhətlərdən yarana bilər.
Milli birlik yarandığı təqdirdə - təbii ki, bunu yaratmaq üçün də bütöv bir yaşam proqramı hər şeyə sahib, hər şeyə bərabər paylaşa biləcək demokratik cəmiyyət və vətəndaşın olması şərtdir – hər kəsin sevə və canını verə biləcəyi ideoloji cəhətləri ortaya qoymaq, aşılamaq lazımdır.
Tarixin ən dərin çatlarına enərək folklorundan, özünü ifadədən tutmuş bütün tarix ərzində qazanılan nə varsa doğru-dürüst araşdırıb milli tarix, milli ədəbiyyat ortaya qoymaq əsasdır. Özünə əsatirlər yaradan yunanlar, əfsanələr yaradan farslar və ingilislər, din yaradan yəhudilər, hətta ermənilər bu məsələni həll ediblər. Əlbəttə ki, bu yolda başqalarından fərqli olaraq milli əxlaq, milli mənlik məsələlərinə xüsusi diqqət verilməlidir. Milli varlıq, birlik yaratmaq üçün millətin yetişməsi mütləqdir. Yetkin millət ona məxsus hər şeyə şəxsi deyil, ümumi malı kimi yanaşaraq milli mənafeyi daim uca tutmaqdır. Yetişmək, cəmiyyətdə bütün fərdlərin – istər varlıların, istərsə də orta və kasıb təbəqənin eyni amala xidmət etməsi, birlik, bərabərlik içində yaşamasıdır. Və bunun üçün mükəmməl bir dövlət strukturu, milli ideologiya, təhsil sistemi qurmaq kifayət olsa da daim ziyalıların bu sahədə yaradıcılığını, milli ruhu qaldırmaq, saxlamaq üçün öndə olmasına ehtiyac var. Millət üçün hədəf birləşmək, bütövləşmək olmalı və bundan sonra özünün idealına doğru – hər bir millətin bir idealı vardır – irəliləməlidir.
Milli hədəfə irəliləmək, əldə olanları qorumaq, faydalanmaq, yaxın və uzaq dövlət və xalqlarla isti münasibət qurmaqdan ibarətdir. Mədəniyyətlərin qovuşduğu bir dövrdə beynəlxalq istismara yaxalanmamaq üçün milli və dini səpkidə, əxlaq və soy məsələsində dəqiq, dürüst proqram olmalıdır. Inkişaf edən dünyada texnologiyanın əsiri deyil, onun sahibinə çevrilmək, müasirləşmək, digərləri ilə ayaqlaşmaq önəmlidir. Vətən məsələsində, millət məsələsində qəti və təmiz mövqedə durmaq, başqalarının ixrac etdiyi siyasətə alət olmamaq üçün soykökə, soyada, hətta ada, dilə, dinə, kimliyə sahib çıxmaq gərəkdir.
Nadir şah Əfşardan sonra yaxın Osmanlı və Rusiyanın basqıları ilə ortada qaldıqdan sonra bütün sahələrdə tənəzzül yaşandı. Onsuz da zaman-zaman ərəb-fars ideologiyası ad və soyaddan tutmuş həyat tərzinə qədər, rus imperiyası isə Mənəvi dəyərlərimizə əl uzatdı. Tarixən digər sahələrdə qazandığımız yavaş-yavaş əldən çıxdı. Böyük adda olan millət ümmət kimi çağırıldı böyük torpaqlar – vətən kiçildi, ilahi məfhumlar adiləşdi. Orta əsr çağlarında Şah İsmayıl Xətai bu məsələni həll etməyə təşəbbüs etdi, xüsusi ideologiya yaratdı. Bütün milli tayfalar, torpaqlar birləşdirildi. Bütöv, böyük bir milli dövlət – dili, milli kimliyi, ərazisi, dini, mədəniyyəti, mükəmməl siyasəti olan və bizim bu gün söykənə biləcəyimiz qürur mənbəyi yeri yaratdı. Bu günkü ideoloji təminatımız məhz Şah İsmayıl ola bilər ki, milli hədəflərimizi o səpkidə qurmaq daha yaxşı nəticələr verər.
Müxtəlif ideologoyaların təsiri ilə yetişdirilən və məhz o ideologiya sahiblərinə xidmət edən bir kəsim millətə heç bir fayda verməmişdir, verə bilməz. Biz tarixi vərəqlədikcə bunun acı nəticələrini, fəsadlarını görürük. XIX əsrin ortalarından milli mənlik, milli kimlik və yeni cəmiyyət yaratmaq kimi böyük ideyanı ortaya qoyan Mirzə Fətəli Axundov, sonra isə milli şərəfimizə sahib çıxmaq üçün ən çətin zaman yaşayan və mücadilə edən Azərbaycan Demokratik Cümhuriyyəti əsl milli mənliyimə söykəndi dövlətləri içərisində təsdiq etdi.
Rusiyada və Avropada yaranan yeni siyasət başlanmış yolu yarımçıq dayandırdı. Lakin bu gün artıq çətin də olsa milli dövlətimizə qovuşmuşuq. Dövlətin tərkibində yaşayan müxtəlif xalqların bütöv bir millət haqqında bir ideologiya ətrafında birləşməsi, bu dövlətin bir daha sarsılması üçün böyük zəmin yaradar.
Milli mənlik, milli əxlaq, milli həmrəylik, birlik, bərabərlik, milli iqtisadiyyat, milli siyasət, demokratiya milli dövlətin əsas simasıdır.
Indi bu səpkidə ideologiyanı hazırlamaq, təbliğ etmək, yeni nəsil yetişdirmək, tarixi itkilərimizi – zəifləməkdə olan milli əxlaqımızı, kimliyimizi, ən əsası Şah İsmayıl Xətayinin cızdığı sınırlar içərisində olan və bu gün işğaldan azad olub bütövləşərək bir bayraq altında idarə olunmasını gözləyən torpaqların qaytarılmasına səy göstərilməlidir.
Ən yaxın və həllini gözləyən məsələ Qarabağ, Göyçə, İrəvandı. Bu tez və mütləq həll edilməli millətimizin tarixi torpaqlarının bir hissəsi, ən əsası qüruru özünə qaytarılmalıdır. 
Millətə məxsus heç bir şeydən vaz keçmək, əl çəkmək olmaz, əsasən də torpaqdan. 
Bütün bu məsələləri yaxın və irəli zamanlarda həyata keçirəcək "milli memar”lara ehtiyac var və onlar toplanmalı proqramlar hazırlamalıdırlar.

Sərvər Əli Məsum

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ