SON DƏQİQƏ
» » Rüstəmxanlıdan təklif: İbtidai siniflərin hamısı...

Rüstəmxanlıdan təklif: İbtidai siniflərin hamısı...

Tarix:

10-06-2019, 12:50

/ 1 804 dəfə oxundu.
Rüstəmxanlıdan təklif: İbtidai siniflərin hamısı...

Azərbaycanda uşaqlara ərəb adlarının qoyulmasının, azərbaycandilli uşaqların kütləvi şəkildə rusdilli məktəblərə qoyulmasının əsas səbəblərindən biri Dövlət Dili haqqında qanunun tam şəkildə işləməməsidir.

Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı ölkəmizdə, xüsusən paytaxtda xarici dillərin ana dilini sıxışdırması ilə bağlı Kult.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycanda təhsil dövlət dilində olmalıdır:

“Azərbaycanda birinci sinifdən başlayaraq, rus dilində təhsil verən onlarla məktəb var. Aidiyyəti qurumlar dövlət dilimizin qorunması məsələsində həssaslıq nümayiş etdirməlidir. İnsanlarımız da dilə olduqca laqeyddirlər. Bununla yanaşı, bəzi təxribatçılar yad ölkələrin dilinin ana dili səviyyəsində istifadə edilməsinə qəsdən zəmin yaradır. Elələri var ki, onlar Azərbaycan türkcəsindən başqa istənilən dildə oxumağa, danışmağa, yazmağa hazırdır. Belə deyək, onlar Azərbaycan dilinə düşmən kəsilib”.

S.Rüstəmxanlı bu problemin qarşısını almaq üçün bütün orta məktəblərdə uşaqların ən azı ibtidai təhsilinin hökmən Azərbaycan dilində almasının vacib olduğunu bildirib. O, yalnız ibtidai sinifdən sonra şagirdlərə digər dillərdə də təhsil alması üçün şərait yaradılması gərəkdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ