SON DƏQİQƏ
» » Rəsmi Tehran OPEC-dən çıxmaqla bağlı xəbərləri təkzib edib

Rəsmi Tehran OPEC-dən çıxmaqla bağlı xəbərləri təkzib edib

Tarix:

8-06-2019, 16:00

/ 1 885 dəfə oxundu.
Rəsmi Tehran OPEC-dən çıxmaqla bağlı xəbərləri təkzib edib

"Baxmayaraq ki, bəzi OPEC üzvləri onu siyasi təşkilata çevirib və təşkilatı təsis edən iki dövlətə yəni İran və Venesuelaya qarşı hərəkətə keçirlər, amma biz OPEC-i tərk etmək niyyətində deyilik."

GunAz.az xəbər verir ki, bunu İranın neft naziri Bijən Zəngəne İran Parlamentinin rəsmi saytına verdiyi açıqlamada deyib.

İranın neft naziri təşkilat daxilində olan bəzi dövlətlərin addımlarına baxmayaraq, ölkəsinin OPEC-dən çıxmaq niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Bijən Zəngəne bundan öncə OPEC-in dağılmaq təhlükəsi qarşısında durduğunu demişdi.

Qeyd edək ki, ABŞ hökuməti nüvə sazişindən birtərəfli şəkildə çıxdıqdan və İranın neft sektoru və sair sahələrinə qarşı sanksiyalara başlamasından sonra, dünya neft bazarında təklifin azalacağı ilə bağlı xəbərdarlıqlar edilib. OPEC üzvü olan Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ İran neftinin alternativini təmin etmək iqtidarında olduqlarını bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ