SON DƏQİQƏ

“Votsap”da yenilik

Tarix:

11-05-2019, 08:53

/ 231 dəfə oxundu.
“Votsap”da yenilik

"Feysbuk" sosial şəbəkəsi "Votsap" messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, "Votsap" sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi "Feysbuk"un Dublindəki mənzil-qərargahında işləyəcək.

"Votsap" mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə "Feysbuk" şirkəti "Votsap"ı satın alıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ