SON DƏQİQƏ
» » "Skayp", "Vayber", "WhatsApp" istifadəçilərinə xoş xəbər

"Skayp", "Vayber", "WhatsApp" istifadəçilərinə xoş xəbər

Tarix:

3-06-2017, 18:57

/ 3 510 dəfə oxundu.
"Skayp", "Vayber", "WhatsApp" istifadəçilərinə xoş xəbər

"Skayp", "Vayber", "Votsap" və digər onlayn kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə etmək mümkün olacaq.
 Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumay yayıb.
Nazirlikdən verilən xəbərdə bildirilir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə ("Skayp", "Vayber", "Votsap" və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdı: "Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ