SON DƏQİQƏ
» » Əli Əhmədov parlament seçkilərinin vaxtından danışdı - Açıqlama

Əli Əhmədov parlament seçkilərinin vaxtından danışdı - Açıqlama

Tarix:

7-05-2019, 13:32

/ 183 dəfə oxundu.
Əli Əhmədov parlament seçkilərinin vaxtından danışdı - Açıqlama

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək./Report/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ