SON DƏQİQƏ
» » YAP-çı deputatlar 2020-də namizəd olacaqlar? - AÇIQLAMA

YAP-çı deputatlar 2020-də namizəd olacaqlar? - AÇIQLAMA

Tarix:

13-12-2018, 11:30

/ 10 273 dəfə oxundu.
YAP-çı deputatlar 2020-də namizəd olacaqlar? - AÇIQLAMA

Partiyamızda qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ilə bağlı hazırlıqlara hələlik rəsmi start verilməyib. Çünki hələ vaxta var. Bələdiyyə seçkiləri gələn il, parlament seçkiləri isə 2020-ci ildə olacaq. Bununla belə, Yeni Azərbaycan Partiyası daim seçkilərə hazırdır.

Bunu GunAz.az-a açıqlamasında parlamentin komitə sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, ölkədə istənilən seçki bitən günün səhəri YAP növbəti seçkilərə qeyri-rəsmi hazırlığa başlayır:

“Çünki bizdə indiyə qədər seçkilər dalbadal keçirilib, yəni prezident, bələdiyyə və parlament seçkiləri. Ona görə bizim seçkilərə hazırlıqla bağlı hər hansı problemimiz yoxdur. Bununla belə, hər şey seçkilərə rəsmi start veriləndən sonra başlayır, növbəti seçkilərdə də belə olacaq”.

YAP rəsmisi parlament seçkiləri ilə bağlı namizədlərin seçimində ciddi dəyişikliklərin olacağı, indi parlamentdə təmsil olunan hakim partiya təmsilçilərinin böyük əksəriyyətinin namizədlər sırasında yer almayacağı ilə bağlı deyilənləri təkzib edib:

“Belə bir məsələ yoxdur. Bunlar, sadəcə, mülahizələr, uydurmalardır. Hər bir məsələ seçkilər zamanı bəlli olacaq. Hakim partiya parlamentdəki təmsilçilərindən narazı deyil, onların fəaliyyətini qənaətbəxş sayır. Ona görə tələsmək lazım deyil”.

Kamil HƏMZƏOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ