SON DƏQİQƏ

Ürəkağrıdıcı mənzərə

Tarix:

26-04-2019, 23:08

/ 10 268 dəfə oxundu.
Ürəkağrıdıcı mənzərə

Varis

Bura Ağdamın məşhur Xındırıstan kəndidir. 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir ömrünün bir hissəsini Mehdiqulu xanın ona bağışladığı bu kənddə keçirib.

Çox təəssüf ki, indi kənddə ədəbiyyatımız tarixində xüsusi yeri olan bu böyük şəxsiyyətin adını anan heç nə yoxdur. Bir baxımsız abidəsi var imiş, sürüyüb aparıb harasa atıblar. Hətta onun evini belə əvvəlki icra hakimi sökdürüb yerinə musiqi məktəbi tikdirib. Guya məktəb tikməyə bu ucsuz-bucaqsız torpaqda yer qəhətdir? 
Ümumiyyətlə, bu tarixi məkanda keçmişdən bircə 112 yaşlı bu məscid qalmışdı. Onun da təmir adı ilə qırmızı kərpicdən olan fasadına mişar daşı döşəyirlər. 
Beləcə, tariximizi itirə-itirə gedirik.
Sonra da gileylənirik ki, erməni tariximizi saxtalaşdırır. 
Sən olanına yiyə durmursan, o isə olmayanını öz adına yazır. 
Təsir əks təsirə bərabərdir. 
Ürəkağrıdıcı mənzərədir.

скачать dle 12.1

Şərhlər