SON DƏQİQƏ
» » Bakının Nəriman Nərimanov rayonu ərazisində bədbəxt hadisə - Maşinist öldü

Bakının Nəriman Nərimanov rayonu ərazisində bədbəxt hadisə - Maşinist öldü

Tarix:

17-04-2019, 10:30

/ 10 367 dəfə oxundu.
Bakının Nəriman Nərimanov rayonu  ərazisində bədbəxt hadisə - Maşinist öldü

Bakıda teplovozdan yıxılan maşinist ölüb.

GunAz.az-ın məlumatına görə, hadisə Bakının Nəriman Nərimanov rayonu ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Z.Bünyadov prospektində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan teplovoz Keşlə stansiyasından keçən istiqamətdə bədbəxt hadisə baş verib.

Maşinist Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından “Bakı Metropoliteni”nə gedən dəmiryolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıq səbəbindən oradan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başladılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ