SON DƏQİQƏ
» » Bədbəxt hadisə: Maşinist vaqonların arasına yıxıldı və...

Bədbəxt hadisə: Maşinist vaqonların arasına yıxıldı və...

Tarix:

21-11-2018, 12:58

/ 10 318 dəfə oxundu.
Bədbəxt hadisə: Maşinist vaqonların arasına yıxıldı və...

“Bakı Metropoliteni”nin bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında maşinist ehtiyatsızlıq səbəbindən vaqonların arasına düşərək xəsarət alıb.

GunAz.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun "Ölkə.Az"a verdiyi açıqlamaya görə, hadisə noyabrın 19-u səhər saatlarında baş verib:

“Hadisə iki gün əvvəl baş verib. Həmin gün metronun Bənövşəyi xətt üzrə “Avtovağzal-Memar Əcəmi-2” stansiyasına hərəkət edən qatarın maşinisti Rəmzi Rüstəmov təhlükə ilə üzləşib. 

Belə ki, maşinist “Avtovağzal” istiqamətində platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, yıxılıb. Xoşbəxtlikdən əməkdaşlarımız bunu görüb və dərhal müdaxilə edərək onu xilas ediblər. 

R.Rüstəmov xəstəxanaya çatdırılıb. Çox ciddi xəsarət almayıb, sadəcə, qolu sınıb. Hazırda maşinist işə çıxmır və bülletendədir. Əmək Müfəttişliyinə faktla bağlı məlumat verilib, hadisə araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

Qeyd edək ki, insidentlə ilə bağlı ilk məlumatı Modern.az saytı yayıb.

скачать dle 12.1

Şərhlər