SON DƏQİQƏ
» » Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyil - AÇIQLAMA

Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyil - AÇIQLAMA

Tarix:

8-04-2019, 14:06

/ 10 314 dəfə oxundu.
Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyil - AÇIQLAMA

Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və onun şəklini paylaşdığı uşaq 10 milyonuncu vətəndaş deyil. 

Bunu Azvision.az-a açıqlamasında Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

O bildirib ki, bu günə kimi ana və uşağın yanına heç kim buraxılmayıb.

“Mən heç kimi içəri buraxmamışam. Kimsə haradasa şəkil çəkdirib, sosial şəbəkələrdə yayıb. Onu öz adından verməsin, çünki bizdə o şəkil çəkilməyib və Hacı Nuranın qucağındakı uşaq həmin körpə deyil”. 

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu sakini Respublika Perinatal Mərkəzində dünyaya gəlib. Ötən gün tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ