SON DƏQİQƏ
» » Hacı Nuran iddialara cavab verdi: “Xəstəliyimə “don” geyindirənlərə…”

Hacı Nuran iddialara cavab verdi: “Xəstəliyimə “don” geyindirənlərə…”

Tarix:

27-06-2018, 09:47

/ 10 507 dəfə oxundu.
Hacı Nuran iddialara cavab verdi: “Xəstəliyimə “don” geyindirənlərə…”

Ağciyərində onkoloji şiş tapılan, “Həyat” fondunun rəhbəri Hacı Nuranı (Hüseynov) ziyarətə gedənlərin onunla birgə şəkil çəkdirib sosial şəbəkədə yayması tənqid olunub.

Ən çox qınaq obyektinə çevirilən hadisə isə onun atının xəstəxanaya gətirilməsi olub. Həmçinin, Hacı Nuranın əslində ağır xəstə olmadığı, bütün bu “şou”nun yenicə fəaliyyətə başlamış “Ege hospitalın” reklam kampaniyası olduğu iddia edilir.

Minval.info xəbər verir ki, bununla bağlı Hacı Nuran şəxsi “İnstaqram” hesabından  paylaşım edib. O, bütün iradlara belə cavab verib:

“Həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim.

Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir. Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə “sağ olun” deyirəm, haqqınızı halal edin.

Kim məni sevindirmək üçün nə etdisə, çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin – arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm.

Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin. Axı, kim bilir, sabah nə olacaq? Dostlarımın diqqəti, zarafatları, sürpizləri və xəstəliyimə “don” geyindirənlərə demək istərdim:

Ömrünüzdə necə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz? Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ