SON DƏQİQƏ
» » Şamaxıda dağılan körpü ilə bağlı - AÇIQLAMA

Şamaxıda dağılan körpü ilə bağlı - AÇIQLAMA

Tarix:

8-04-2019, 13:10

/ 10 166 dəfə oxundu.
Şamaxıda dağılan körpü ilə bağlı - AÇIQLAMA

Ötən gün Şamaxı rayonunun Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsinin dağıldığı, nəticədə, nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat yayılmışdı. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bu barədə açıqlama verib.

O, sözügedən ərazidə belə hadisənin baş vermədiyini və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmadığını bildirib:

“Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində Şamaxı, həm də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişi təmin etmək məqsədilə Pirsaatçay körpüsünün qarşısında yeni 45 metr uzunluğunda yeraltı keçid inşa edilir. 

Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib”, - deyə o bildirib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ