SON DƏQİQƏ
» » Bakı sakinlərinə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

Bakı sakinlərinə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

Tarix:

18-03-2019, 09:37

/ 10 208 dəfə oxundu.
Bakı sakinlərinə güclü küləklə bağlı - XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti güclü külək ilə bağlı paytaxt sakinlərinə və sürücülərə xəbərdarlıq edib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov GunAz.az-a açıqlamasında bildirib ki, hazırda Bakıda güclü külək müşahidə olunur: 

“Sürücülərə, vətəndaşlara diqqətli olmalarını məsləhət görürük. Sürücülərdən xahiş edirik ki, avtomobillərini irigövdəli və hündür ağacların altında saxlamasınlar”.

O.Məmmədov qeyd edib ki, hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı birlik əməkdaşları hadisə yerlərinə yollanıblar.

“Küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib”, - deyə Orxan Məmmədov qeyd edib.

Qeyd edək ki, martın 18-də Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ