SON DƏQİQƏ
» » Bakı meriyasından təhlükə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Bakı meriyasından təhlükə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Tarix:

17-01-2019, 11:19

/ 10 221 dəfə oxundu.
Bakı meriyasından təhlükə ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Bu gecə saat 3-dən başlayan külək Bakıda ağacları kökündən qoparıb və bir sıra fəsadlar yaradıb.


GunAz.az
xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi bildirib ki, bu saatlara qədər paytaxtda 4 ağac aşıb.


“Hələlik bizə verilən məlumata görə 4 ağac aşıb. Problemi aradan qaldırmışıq. Axşam külək nəhəng şam ağacını kökündən qoparıb və bir neçə metr kənara atıb”, - deyə Orxan Məmmədov bildirib.

Qurum rəsmisi paytaxt sakinlərinə güclü küləklə bağlı müraciət də edib:

“Sürücülərdən xahiş edirik ki, maşınlarını böyük ağacların altında saxlamasınlar. Hətta insanların özü də ağacların altında dayanmasınlar. Son dərəcə diqqətli olmaq lazımdır”, - deyə Orxan Məmmədov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ