SON DƏQİQƏ
» » “8 Marş - Zorakılığa Qarşı Get” yürüşünə qadağa

“8 Marş - Zorakılığa Qarşı Get” yürüşünə qadağa

Tarix:

7-03-2019, 17:37

/ 10 572 dəfə oxundu.
“8 Marş - Zorakılığa Qarşı Get” yürüşünə qadağa

Bakı Şəhər Baş Polis İdarəsi “8 Marş - Zorakılığa Qarşı Get” yürüşü ilə bağlı xəbərdarlıq yayıb. 

Qurumdan GunAz.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:

“Sosial şəbəkələrdə özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.

Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ