SON DƏQİQƏ

NASA Marsla bağlı layihəsinə START VERDİ

Tarix:

5-04-2018, 12:47

/ 10 261 dəfə oxundu.
NASA Marsla bağlı layihəsinə START VERDİ

NASA “Masbees” layihəsinə start verdiyini elan edib.

Gunaz.az xəbər verir ki, söhbət Qırmızı Planetin tədqiqi ilə məşğul olacaq kiçik, uçan robotlardan gedir.

Ehtimal edilir ki, yeni Mars zondu robotlar üçün enerji doldurma mərkəzi rolunu oynayacaq. Qanadlı tədqiqatçılar burada elektrik enerjisi ilə təmin ediləcəklər.

Eyni zamanda əldə edilən məlumatları Yerə ötürəcəklər. Baza və “Mars arıları”  “Wi-Fi” vasitəsilə əlaqə quracaqlar.

NASA layihəyə 125 min dollar ayırıb. Layihə ilə Alabama universitetinin tədqiqatçı komandası məşğul olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ