SON DƏQİQƏ
» » Mehman Hüseynov Prezidentə MÜRACİƏTİNDƏN DANIŞDI

Mehman Hüseynov Prezidentə MÜRACİƏTİNDƏN DANIŞDI

Tarix:

5-03-2019, 14:11

/ 10 209 dəfə oxundu.
Mehman Hüseynov Prezidentə MÜRACİƏTİNDƏN DANIŞDI

Mənim azadlıqda olmağımın səbəkarları var. Mən onlara təşəkkürümü bildirirəm. Bu birinci növbədə Azərbaycan xalqıdır. Bundan başqa, jurnalistlərə də xüsusi təşəkkürümü bildirirəm. 

 

Axar.az xəbər verir ki, bu sözləri martın 2-də azadlığa buraxılmış bloger Mehman Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

 

M.Hüseynov açıqlamasında həmçinin bu ilin yanvar ayında Prezident İlham Əliyevə yardım üçün müraciət etdiyini təsdiqləyib. 

 

M.Hüseynov həmçinin həbsdə olduğu müddət ərzində ona dəstək olanlardan da danışıb:

“Bütün məqamlarda Azərbaycan xalqı yanımda oldu. Yerli qurumlar, yerli təşkilatlar, beynəlxalq təşkilatlar mənə dəstək oldular. Bundan başqa jurnalistlərə xüsusi təşəkkür edirəm. Həbsxanada olduğum müddət ərzində ən böyük itkim anam oldu”. 

 

Qeyd edək ki, bloger Mehman Hüseynov martın 2-də azadlığa buraxılıb. 

 

O, 2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ