SON DƏQİQƏ

Mingəçevirdə təhlükəli tapıntı

Tarix:

23-01-2019, 20:10

/ 10 226 dəfə oxundu.
Mingəçevirdə təhlükəli tapıntı

Mingəçevir şəhərində qumbara və hərbi sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) GunAz.az-a verilən məlumata görə, Agentliyə Mingəçevir şəhəri, Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkar olunması barədə daxil olan məlumat əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 53 ədəd 5.45 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarından təhvil alınaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

скачать dle 12.1

Şərhlər