Azərbaycanda fəaliyyət göstərən daha iki institutda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.
GunAz.az-ın məlumatına görə, bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli, 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib.
Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.