SON DƏQİQƏ

Novruz Məmmədovdan FHN-lə bağlı QƏRAR

Tarix:

26-10-2018, 09:54

/ 10 435 dəfə oxundu.
Novruz Məmmədovdan FHN-lə bağlı QƏRAR

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub.

GunAz.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov qəbul edib.

Azərbaycan Prezidentinin 2006-cı il 19 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

Həmin siyahıda aşağıdakı qurumlar yer alıb:

1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.
2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.
3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.
4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.
5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.
6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.
7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.
8. Tikintidə Qiymətqoyma Mərkəzi.
9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.
10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.
11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.

скачать dle 12.1

Şərhlər