Nazirlik və dövlət qurumu fəlsəfə doktoru hazırlayacaq

Nazirlik və dövlət qurumu fəlsəfə doktoru hazırlayacaq

Azərbaycanda fəaliyyət göstərən daha iki institutda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

GunAz.az-ın məlumatına görə, bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli, 235  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş “Doktoranturalar yaradılan  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib.

Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

скачать dle 12.1
Geri qayıt