SON DƏQİQƏ
» » “Sağlam həyat tərzinin əhəmiyyəti"-MARIFLƏNDIRMƏ

“Sağlam həyat tərzinin əhəmiyyəti"-MARIFLƏNDIRMƏ

Tarix:

7-01-2019, 17:38

/ 10 324 dəfə oxundu.
“Sağlam həyat tərzinin əhəmiyyəti"-MARIFLƏNDIRMƏ

 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Sağlam həyat tərzinin əhəmiyyəti. Xromosomlarda baş verən mutasiyalar və aradan qaldırılma yolları” layihəsini Cəlilabad şəhərinin 2 saylı tam orta məktəb, 4 saylı tam orta məktəb və 7 saylı tam orta məktəbdə keçirib.

Layihənin məqsədi uşaqlar və gənclər arasında gen, mutasiyalar və onların aradan qaldırılma yolları barədə maarifləndirmə işi aparılıb. İştirakçılara interaktiv şəkildə mövzu üzrə məlumat verilib, suallar cavablandırılıb.

Layihənin 300-ə yaxın iştirakçısına köynəklər və papaqlar paylanılıb, maarifləndirici bukletlər verilib. Layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Sonda layihə iştirakçılarına şirniyyat süfrəsi açılıb.

“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz (bəzən hər ikisini itirmiş), və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, uşaqlar arasında müsiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayonda şöbələri fəaliyyət göstərir.

скачать dle 12.1

Şərhlər