SON DƏQİQƏ

Təşkilat rəhbəri etiraz edir-BƏYƏNAT

Tarix:

4-06-2018, 17:45

/ 10 361 dəfə oxundu.
Təşkilat rəhbəri etiraz edir-BƏYƏNAT

İlk növbədə, qeyd etmək istərdim ki, 2002-ci ildə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyini təsis etmişəm. Yarandığı gündən bəri təşkilatın missiyası əlil, şəhid, qaçqın, köçkün, kimsəsiz, imkansız uşaq və gənclərə maddi, mənəvi və humanitar yardım göstərmək, onların maarifləndirilməsi, asudə vaxtlarının təşki edilməsidir. Məlumat üçün qeyd edim ki, 2014-cü ildən təşkilatın sədri Tural Cəfərovdur, mən isə sədr müaviniyəm. Bir qeyri-peşəkar jurnalist məlumatı yoxlamayıb dərc edib və bundan sonra digər saytlar da eyni yanlış və təhrif olunmuş məlumatı yaymaqla qeyri-peşəkarlıq nümayiş etdiriblər. 

Bunları Gunaz.az saytına Təşkilat sədri Bəxtimşah Tağıyeva bildirib ki, söhbət məhz şərhdən gedir müəyyən saytlarda da verildiyi kimi, çıxış və ya statusdan yox.

 

Şərhdəki mətni bir daha yazıram: “İnananlar şərəfsizdir. Ərəbə qul olmaq alçaq şərəfsizlikdir. İnsan azad olmalıdır”. Söhbət burada İSLAM dinindən getmir. İslam dininə inananlardan getmir. Müxtəlif məbləğlər hesabına qanunsuz dini təriqətlər, sektalar və xarici qüvvələrdən müəyyən məbləğ alıb xalq arasında nifaq, dini radikalizm, multikulturalizmə zidd olan dəyərləri yayan şəxslərdən gedir. Cümləni kontekstdən çıxaran və onu dinə inanan şəxslərə qarşı yönəltməyə çalışan jurnalist təbii ki, qərəzli yanaşır və bəlkə də müəyyən dairələrin əlində alətə çevrilib.

Bundan əlavə, bildirmək istərdim ki, mən şəxsən və təşkilatımız cənab İlham Əliyevi həmişə dəstəkləmişik. Bundan cənab Prezident də xəbərdardır və göstərdiyimiz fəaliyyətə lazımi səviyyədə dəyər və qiymət verir.

Əgər şərhdə yazdıqlarımla kimlərinsə hisslərinə, inancına toxunmuşamsa buna görə Üzr istəyirəm. Məqsəd təbii ki bu deyil idi. Ümumiyyətlə multikultural və demokratik cəmiyyətdə hər kəsin söz və fikir azadlığı var. Bu azadlıqlar Konstitusiyada yer alır (47-ci maddə). Ona görə də heç kim kiməsə nə barədə nəyi yazıb yazmamağını göstəriş verməli deyil.

Təşkilatımız ümumilikdə cəmiyyətimizin aktual mövzu və problemləri barədə layihələr həyata keçirir. Bu günlərdə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair maarifləndirmə  tədbirlərinin təşkili” adlı layihəni həyata keçirir. Layihənin əsas məqsədi məktəblilərdə qida təhlükəsizliyinin təbliğ edilməsi, onların maariflənməsi, sağlam həyat tərzinin təbliği və təşviqidir. Məsələ ilə bağlı çıxışımı bu linkdən izləyə bilərsiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ